Bakıda gecə klubunda davanın görüntüləri yayıldı - YENİLƏNİB/ANBAAN VİDEO

Bakıda gecə klubunda davanın görüntüləri yayıldı - YENİLƏNİB/ANBAAN VİDEO
Video
Hadisə 1

Paytaxtın Səbail rayonunda klubların birində insident ötən il olub, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev BAKU.WS-ə bildirib ki, hadisədə bir nəfər yüngül xəsarət alıb.

Fakta görə rayon polis idarəsində cinayət işi qaldırılıb. Hazırda istintaq hərəkətləri davam etdirilir.

***08.20

Bakıda gecə klublarının birində bıçaqlanma ilə nəticələnən dava baş verib.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Məlumata görə, Sahil bağı ətrafında yerləşən kluba 3 nəfər bıçaqla daxil olmaq istəyib. Gecə klubunun mühafizəçisi onları kluba buraxmaq istməyəndə dava düşüb.

Daha sonra 3 nəfərin dava zamanı bıçaqlandığı deyilir.

Son xəbərlər