SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanlı "qanuni oğru”, İstanbulda öldürülən Rövşən Lənkəranskinin məzarüstü abidəsi artıq hazırdır.

BAKU.WS cebhe.info-ya istinadla xəbər verir ki, artıq Rövşən Lənkəranskinin Hindistanda hazırlanan məzarüstü abidəsi əvvəlcə Türkiyəyə, ordan isə Azərbaycana gətirilib.

Heykəl-abidənin hündürlüyü 5 metrə qədərdir. Məlumatda o da bildirilir ki, hazırda heykəl Binəqədidə məzarüstü abidələr hazırlayan sexdə saxlanılır və üzərində son tamamlama işləri aparılır.

Qeyd edək ki, məzarüstü abidənin əsas hissəsi Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevin sifarişi ilə Hindistanda hazırlanıb.
 
BAKU.WS