SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda sərnişin avtobusunun iştirakı ilə zəncirvari yol qəzası baş verib.
 
Lent.az xəbər verir ki, Xəqani küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsində (Axundov kitabxanasının qarşısı) "Xaliq Faiqoğlu” şirkətinə məxsus 61 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu ilə "Mitsubishi Pajero” toqquşub. Nəticədə idarəetmədən çıxan minik avtomobili yolun kənarında dayanmış digər 3 avtomobilə çırpılıb. Avtobus və 4 avtomobil əzilib.

Hadisə nəticəsində 2 nəfər yüngül xəsarət alıb.  
 
BAKU.WS