Zaqatalada canavar mal-qaraya hücum edib - FOTO
04
yan
2024
16:31
Zaqatalada canavar şəxsi təsərrüfata hücum edib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, yanvarın 3-dən 4-ə keçən gecə rayonun Yengiyan kəndində, kənd sakini İradə Qurbanovanın yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinə canavar hücum edib.
Yırtıcı heyvan tövlədə olan xırdabuynuzlu heyvanlardan beşini parçalayaraq tələf edib, daha bir neçə baş xırdabuynuzlu heyvana isə xəsarət yetirib.
Baş vermiş hadisə ilə bağlı müvafiq qurumlara məlumat verilib.
Qalereya
Oxşar xəbərlər
Göygöldə ayılar kəndlərə hücum edib, təsərrüfata zərər vurub - FOTO
Göygöl rayonunun Quşçu və Qarabulaq kəndlərində ayılar təsərrüfata hücum edərək zərər vurublar. BAKU.WS report-a istinadən xəbər verir ki, son günlərdə dəfələ...