Bakıda 4 nəfər əlbir olub qəlyan mağazasını belə "soydu" - ANBAAN VİDEO
Bakıda elektron qəlyan satılan mağazaların birində oğurluq hadisəsi baş verib.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Hadisə Səbail rayonu ərazisində "Sahil" metorsunun yaxınlığındakı mağazada qeydə alınıb.
İddiaya görə, 4 nəfər qabaqcadan əlbir olaraq mağazaya gəliblər. Onlar özlərini elektron qəlyan alan kimi təqdim ediblər. İçlərindən biri satıcı ilə danışarkən digərləri dəyəri 230 AZN olan 5 ədəd elektron qəlyanı oğurlayıblar.
Görüntülər mağazadakı təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib ki, oğurluq hadisə ilə bağlı araşdırma aparılır.
Kadrları olduğu kimi təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
Bakıda rəzillik: İşə götürdüyü ailəli qadını evinə apardı - Əri zəng edəndə...
Bakının Xətai rayonunda 1997-ci il təvəllüdlü Famil cinsi əlaqədə olduğu Firuzənin (adlar şərti verilib – red.) intim foto və videolarını yayıb. BAKU.WS “teleqr...