SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda yolayrıcında toqquşan avtomobillərdən biri yolun kənarında dayanmış qadın piyadanı vurub.
 
Avtosfer.az-ın Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Mərkəzinə istinadən təqdim etdiyi videodan göründyü kimi, «Mitsubishi» markalı avtomobilin sürücüsü sağdan gələn «Mercedes» markalı avtomobilə yol vermədiyi üçün toqquşma baş verib. Həmin ərazidə düzünə hərəkət edənlərin sağdan gələnlərə yol verməsi tələb olunur və bunu bildirən yol nişanı da var. Lakin taksi fəaliyyəti ilə məşğul olan sürücü nişana əhəmiyyət verməyərək yüksək sürətlə hərəkəti davam etdirib. Bu zaman sağdan gələn avtomobillə toqquşan «Mitsubishi» yerində fırlanaraq yolu keçməyə çalışan qadını vurub. Aldığı zərbə qadını təxminən 2 metrdən artıq kənara tullayır və o, ağaca dəyərək yerə çırpılır. Qadın sağ qalsa da, həm avtomobilin zərbəsi, həm də ağaca çırpılması onun ağır xəsarət aldığını göstərir.

Kadrlardan aydın görünür ki, piyada qadınlar səkidən cəmi bir addım öndə dayanıblar. Elə bu da onlardan birinin vurulmasına səbəb olur. Əgər yolun hərəkət hissəsinə çıxmayıb səkidə gözləsəydi, yəqin ki, yerində fırlınan avtomobilin zərbəsinə tuş gəlməzdi.
 
BAKU.WS