Bakıda yanğın baş verən “BakuBus”la bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB

Bakıda yanğın baş verən “BakuBus”la bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB
Video
Hadisə 2

Bu gün saat 09:30 radələrində 6 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda texniki nasazlıq səbəbindən avtobuslarda mövcud avtomatik qoruma sistemi işə düşüb.

Bu barədə “BakuBus” MMC-nin mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, sərnişinlər avtobusdan düşürdülüb və avtobus qaraja yönləndirilib:

"Dərhal avtobus qarajdan ehtiyat avtobusla əvəz edilib, marşrutun hərəkət qrafiki bərpa olunub. Sərnişinlər arasında xəsarət alan yoxdur".

Banu Hüseynli

***10:20

Bakıda avtobus yanıb.

BAKU.WS bakupost.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında “BakuBus”ın 6 nömrəli avtobusunda kondisioner partlayıb və yanğın baş verib.

Dərhal sərnişinlər avtobusdan düşürülüblər.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Son xəbərlər