SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Qızcığaz açıq şəkildə bu günə kimi nə ona, nə də xəstə anasına baxan "bioloji ata”sını qəbul etmir

"Youtube” və digər sosial şəbəkələrdə ürək parçalayan video yayılıb. Məhkəmə icraçıları məhkəmə qətnaməsi icra etmək adı altında 10 yaşlı uşağa rəsmən işgəncə verib.

Videonu yayanlar qeyd edir ki, hadisə Qubada baş verib. Məhkəmə qətnaməsi olsa belə, bir körpənin bu şəkildə - ağladaraq anasından alınması heç bir ölçüyə sığmır.

Videoada görüntülənən 10 yaşlı Nuray Bayramzadədir. O bu günə kimi atalıq etməyən "bioloji ata"sından imtina edir və onu böyüdüb boya-başa çatdıran xalasının yanında qalmaq istəyir. Qızcığaz açıq şəkildə bu günə kimi nə ona, nə də xəstə anasına (anası artıq dünyasını dəyişib) baxan "bioloji ata”sını qəbul etmir.

Lakin Azərbaycandakı məhkəmə hakimləri 10 yaşlı Nuray Bayramzadənin atasının himayəsinə verilməsi barədə qərar qəbul edib. Məhkəmə icraçıları isə "ata” ilə bir yerdə o qərarı "icra edirlər”.

Onlar uşağı zorla, onun qışqırıq və fəryadlarına baxmayaraq xalasından ayırıb, döşəmədə sürüyərək aparırlar.

"Ata”nın etdiyi hərəkətlər uşağın onun yanında təhlükəsiz olmadığını göstərsə də, məhkəmə icraçıları "ata”ya dəstək olur, onun uşağı döşəmə ilə sürüməsinə yardım edirlər.

Hazırda baş verənlərdən sarsılan 10 yaşlı Nuray Bayramzadənin həkim nəzarətində olduğu və sayıqlamalarla müşahidə olunan stress yaşadığı bildirilir.
 
BAKU.WS