SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur tamada, “Laçın” musiqi ansamblının rəhbəri Natiq Dağlaroğlu Natiq Dağlaroğlu başına gələn bədbəxt hadisədən danışıb.

BAKU.WS xəbər verir ki, "Günaydın Azərbaycan" verilişinə qonaq olan sənətçi ilk dəfə toyda bıçaqlanmağından danışıb.

Dağlaroğlu qeyd edib ki, toyda ofisantın pulunu verməyib. Bu zaman restoranda olan bir neçə şəxs ona və oğluna hücum edib. Natiq oğlunu qorumaq istəyərəkən kürəyindən 4 bıçaq yarası alıb:

"Zaldan üç nəfər çıxdı. Elə bildim kababçılardır. Dedilər uşaqla niyə elə danışırsan? Dedim ki, oğlum yaşdadır, nə var ki burada? Biz də Lerikə toya gedirik. Sərbəst kürəyimə dörd bıçaq vurdu. Ayıldım ki, oğlum ağ köynəkdədir. Musiqiçilərimizdən biri də kömək etmədi".

Xatırladaq ki, ötən il iyulun 2-nə keçən gecə Bakının Nizami rayonunda yerləşən “Altun saray” şadlıq evində məşhur tamada, “Laçın” musiqi ansamblının rəhbəri Natiq Dağlaroğlu bıçaqlanıb. O, yaralı vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. 

Ətraflı videoda:

BAKU.WS
VİDEO