Argentinada hakim futbolçunu bıçaqladı

Argentinada hakim futbolçunu bıçaqladı
Hadisə 2

Argentinalı hakim Remihio Armoa Misiones əyalətində gənclər arasında keçirilən matç zamanı futbolçunu bıçaqlayıb.

BAKU.WS-in məlumatına görə, bu barədə "Goal.com" nəşri məlumat yayıb.

Oyunçuların hakimi mühasirəyə almasından sonra dava düşüb. Armoa bıçaqla futbolçulardan birinin sinəsinə vurub.

İdmançı huşunu itirib və komanda yoldaşları tərəfindən meydandan çıxarılıb.

Futbolçu dərhal xəstəxanaya yerləşdirilib, ona ağciyərinin deşilməsi diaqnozu qoyulub.

Hazırda yaralının həyati təhlükəsi yoxdur.

Referi qaçmağa cəhd etsə də, yerli polis tərəfindən saxlanılıb.

Son xəbərlər