Çin bazarlarında ən etibarlı AVTOMOBİLLƏR

Çində yerli montajla istehsal edilən ən etibarlı krossoverlərin reytinqi açıqlanıb. Alman və yapon modelləri ilk beşlikdə yerli Çin markalarına üstünlük təşkil edib. Reytinqi "Çin Keyfiyyət Şəbəkəsi" adlı təşkilat avtomobil sahiblərinin nasazlıqlarla bağlı şikayətlərini təhlil edərək tərtib edib – az xal toplayan modellər daha etibarlı sayılıb.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, birinci yeri SAIC tərəfindən montaj edilən Audi Q6 tutub. İkinci və üçüncü yerlərdə Dongfeng tərəfindən istehsal olunan Honda UR-V və Honda XR-V qərarlaşıb. İlk beşliyi FAW montajlı Audi Q2L və GAC istehsalı Honda Avancier tamamlayıb.
Yerli brendlərdən yalnız GAC GS8 və Tank 500 ilk onluğa daxil ola bilib.
Etibarlı modellər:
-
Audi Q6 – 140 cərimə xalı
-
Honda UR-V – 142
-
Honda XR-V – 143
-
Audi Q2L – 145
-
Honda Avancier – 146
-
GAC GS8 – 147
-
Cadillac GT4 – 149
-
Jetta VS7 – 150
-
Volvo XC60 – 151
-
Tank 500 – 151
Etibarsız modellər:
-
Dongfeng Aeolus AX7 – 267 cərimə xalı ilə sonuncu yeri tutub.
-
Onu Range Rover Evoque (263 xal) və Venucia Star (259 xal) izləyib.
Bu reytinq Çin bazarındakı 97 model əsasında hazırlanıb. Nəticələr göstərir ki, Çin montajlı xarici modellər yerli avtomobillərlə müqayisədə daha yüksək etibarlılığa malikdir.
Oxşar xəbərlər
İran və İsrail yenidən müharibəyə hazırlaşır? - Məşhur nəşr yazdı
SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) komandirləri hər an İsraillə müharibəni bərpa etməyə tam hazır olduqlarını bəyan ediblər. "Azad İran" "Telegram" kana...