Xəbər verdiyimiz kimi, Bakıda Yalçın adlı sürücü çox təhlükəli bir tryuka imza atıb. Bilal Nuriyevin Youtube-də paylaşdığı videoda qeyd olunur ki, Yalçın şazırda «Porsche» markalı, 10 UO 011 dövlət nömrə nişanlı avtomobili sürür. Amma idarə olunan avtomobilin sükanından görünür ki, "KİA"dır.

Yalçın əllərini bağlayaraq "Qələbə" meydanından hərəkətə başlayıb, şəhəri gəzib dolandıqdan sonra "Koroğlu" metrostansiyasının yanından dairə vuraraq yenidən əvvəlki yerinə qayıdıb. O, avtomobilin sükanını dizləri ilə idarə edib.

Maşınların arası ilə təhlükəli manevrlər edən, sürət həddini aşan sürücü həm də peşəkarlıq göstərir. Bu, çox təhlükəli bir addım olsa da, sürücünün peşəkarlığını xüsusi qeyd etmək lazımdır. Amma bütün hallarda şəhər içində bu cür avtomobil idarə etməyi normal hal deyil.

BAKU.WS-in məlumatına görə, bu gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Yalçın Həsənovun bu videosu ilə bağlı açıqlama verib. İdarədən Avtosfer.az-a bildiriblər ki, bu görüntülər yeni deyil, 2011-ci ilə aiddir. Digər tərəfdən, idarə bildirir ki, Yalçın adlı sürücü həm bu videodakı, həm də digər əməllərinə görə dəfələrlə yol polisi tərəfindən saxlanılaraq inzibati məsuliyyətə cəlb edib. Yol polisi bildirir ki, Yalçının törətdiyi inzibati xətalar sırasında avtoxuliqanlıq əməli də var.

Qeyd edək ki, video sentyabrın 23-də yayılsa da, qeyd olunur ki, bu çəkiliş 2011-ci ildə aparılıb.


Qeyd edək ki, avtomobili idarə edərkən sükandan əli çəkmək qanunla qadağandır və 40 manat cərimə nəzərdə tutulub.

BAKU.WS