Gəncədə piyadanı avtomobil vuraraq öldürüb

Gəncədə piyadanı avtomobil vuraraq öldürüb
Hadisə 1

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində, 41 nömrəli məktəbin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan avtomobil piyada - 1966-cı il təvəllüdlü Həsənova Sədaqət Novruz qızını vurub. Nəticədə ağır xəsarətlər alan qadın ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər