Bakıdakı cəzaçəkmə müəssisələrindən birində məhbuslar arasında kütləvi dava düşüb.
BAKU.WS-in məlumatınaq görə, bu barədə "Report”a Xətai Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.
Belə ki, 7 saylı Cəzaçəkmə Müəssisəsində 27 yaşlı məhbus Cavanşir Nəcəfov 41 yaşlı məhbus Teymur Ağayevi döyərək ona ağır bədən xəsarətləri yetirib.
Davaya digər məhbuslar da qarışıb.
Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.
BAKU.WS
Bakıda məhbuslar arasında kütləvi dava düşdü
28
sen
2015
1 963