Bakıda müştərilər kafe sahibi və ofisiantı döydülər
08
noy
2023
08:37
Bakıda kafe sahibi və ofisiant müştərilər tərəfindən döyülüb.
“Report” xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində yerləşən kafelərdən birində qeydə alınıb.
Belə ki, kafenin müdiri, 1982-ci il təvəllüdlü İsmayılov Şamil Bəkir oğlu və ofisiant, 1994-cü il təvəllüdlü Panov Timur Oleqoviçin müştərilərlə mübahisəsi yaranıb.
Mübahisə sahibkarla işçinin döyülməsi ilə yekunlaşıb.
Yaralılar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Dostunu "girov" götürdü, qul kimi işlətdi, çürümüş meyiti tapıldı - Bakıda DƏHŞƏT
2022-ci il mayın 6-da Bakı şəhəri Nərimanov rayonu Atatürk prospektindəki evində 1986-cı il təvəllüdlü Şamil Əliyevin meyiti tapılır. Meyit tapılarkən üzərində...