Çaykənd əməliyyatından 35 il ötür
Bu gün Çaykənd əməliyyatının keçirilməsindən 35 il ötür.
30 aprel 1991-ci ildə "Halqa" ("Çaykənd əməliyyatı") başladı, onun məqsədi Azərbaycanın Xanlar (indiki Göygöl) və Goranboy rayonlarında qeyri-qanuni Ermənistan silahlı birləşmələrinin silahsızlaşdırılması idi.
Əməliyyat nəticəsində dinc azərbaycanlılara hücumların baş verdiyi Çaykənd, Qarabulaq, Kamo, Yeni Zod, Todan və digər yaşayış məntəqələri qeyri-qanuni erməni silahlı birləşmələrindən azad edildi.
Çaykənd əməliyyatı Qarabağ münaqişəsinin açıq, hərbi mərhələsinin başlanğıcı oldu.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Oxşar xəbərlər
Robert Koçaryanın həbs müddəti daha iki ay uzadıldı
İrəvandakı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbs müddətini daha iki ay uzadıb. Qərar saatlarla davam edən...