SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Dmanisi rayonunun Yırğançay kəndində 17 azərbaycanlı K. Y. bədbəxt hadisə nəticəsində həlak olub.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, hadisə dünən baş verib.

Məlumata görə, yeniyetmə idarə etdiyi traktoru aşırıb və nəticədə onun altında qalaraq boynu sınıb.

Bildirilib ki, K. Y. xəstəxanaya aparılarkən yolda keçinib.

BAKU.WS