SİZİN REKLAM BURADA!
055 213 76 73


Güclü küləyin işıqforda yarana problem, yəni qopan hissə təmir olunub.

Bunu BAKU.WS-ə açıqlamasında Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun aparıcı mütəxəssisi Ömər Xıdırov bildirib:

“Hadisə baş verəndən qısa müddət sonra Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib. Yaranmış problem həll edildi. Hazırda işıqfor işlək vəziyyətdədir”.

***18:47

Bakıda güclü külək yollarda bir sıra problemlər yaradıb. Onlardan biri də, Babək prospektində qeydə alınıb.

Hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər ki, güclü külək işıqforu yerindən qopardıb və year atıb. Xoşbəxtlikdən yaxınlıqda insan və atomobil olmayıb.

Hadisənin görüntülərini təqdim edirik:

Ziya SƏCCAD
BAKU.WS
VİDEO