VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Türkiyədə ötən gecə İstanbulun Beşiktaş rayonunda baş vermiş iki terror hadisəsinin qurbanlarının xatirəsinə birgünlük matəm elan olunub.

BAKU.WS Trend-ə istinadən verdiyi məlumata görə, bu qərar ölkənin baş naziri Binəli Yıldırımtərəfindən imzalanıb.

Qeyd edək ki, İstanbulun mərkəzi rayonu Beşiktaşda yerləşən Vodafone Arena sadionunun çıxışı yaxınlığında baş verən iki güclü partlayış nəticəsində 29 nəfər həlak olub, 166 nəfər isə yaralanıb. Ölənlərin 27-polis əməkdaşı, 2-si isə dinc vətəndaş olub.