Bərdədə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var - FOTO

Bərdədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Ağdam-Bərdə yolunun Şirvanlı kəndindən keçən hissəsində qeydə alınıb.
10-XB-318 dövlət qeydiyyat nişanlı "Mercedes Benz" markalı mikroavtobusla 09-BK-019 dövlət qeydiyyat nişanlı "VAZ 2104" markalı minik avtomobili toqquşub.
Hadisə nəticəsində iki nəfər Bərdə rayon Uğurbəyli kənd sakinləri - 1966-cı il təvəllüdlü Məhərrəmova Sevda Şükür qızı və 1961-ci il təvəllüdlü Məhərrəmova Cəmilə Mösum qızı xəsarət alıb. Onlar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Əri Rusiyada olan qadın başqası ilə münasibət qurdu, bunu bilən oğlu isə... - Bakıda DƏHŞƏTLİ QƏTL
Bakının Sabunçu rayonunda 1978-ci il təvəllüdlü Tural qısqanclıq zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü Cəmiləni (adlar şərti verilib - red.) qətlə yeti...
