Bakıda universitetdə yanğın olub? - AÇIQLAMA + VİDEO

Bakıda universitetdə yanğın olub? - AÇIQLAMA + VİDEO
Video
Hadisə 11

Bakıda universitetlərin birinin yaxınlığında yanğın hadisəsi baş verib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, Azərbaycan Texniki Universitetinin yaxınlığında olan yanğının tüstüsü təhsil ocağına yayılıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat katibi Sevinc İsgəndərova Oxu.Az-a açıqlamasında bildirib ki, universitetə yaxın ərazidə məişət tullantıları yandırılıb:“Onun tüstüsü 8-ci korpusda hiss olunub”.

Son xəbərlər