2024-cü ilin altı ayında xüsusilə ağır cinayətlər törədən 119 kriminal qrup zərərsizləşdirilib
Yeniliklərdən dərhal xəbərdar olun
2024-сü ilin ilk altı ayı ərzində mütəşəkkil cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində 356 kriminal qrup zərərsizləşdirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə iyulun 12-də Daxili İşlər Nazirliyində 2024-cü ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, bu kriminal qruplardan 119-u ağır və xüsusilə ağır cinayətlər törədib.
“Qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 179 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Qeyri-leqal dövriyyədən 2 ton 844 kiloqram narkotik vasitə çıxarılıb və 296 tondan artıq narkotik xassəli bitki aşkarlanaraq məhv edilib”, - iclasda bildirilib.
Oxşar xəbərlər
Azərbaycanda 400-ə qədər kriminal qrup zərərsizləşdirilib
"Bu il Azərbaycanda 395 kriminal qrup zərərsizləşdirilib". BAKU.WS xəbər verir ki, bunu daxili işlər nazirinin birinci müavini polis general-leytenantı Seyfulla...