SİZİN REKLAM BURADA!
055 213 76 73


Kürdəmirdə baş verən partlayışda xəsarət alanların kimliyi məlum olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, onlar rayonun Böhranlı kənd sakinləri Zərbalıyev Vüsal Hətəmxan oğlu və Zərbalıyeva Şəbnəm Xidmət qızıdır.

***15:36
Kürdəmir rayonunda evdə qaz balonu partlayıb, xəsarət alanlar var.
 
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Çöhranlı kəndində qeydə alınıb.
 
Partlayış zamanı ev sakinləri - ər və arvad ağır yanıq xəsarətləri alıblar.
 
Yaralılar dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onların vəziyyətini ağır qiymətləndirir və müalicələrinin davamı üçün Bakı şəhərinə göndərilməsini planlayırlar.
 
Fakt araşdırılır.
BAKU.WS