Qanunsuz yaradılmış Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Şuşa şəhərinin atəşə tutulması nəticəsində həlak olan mülki 1967-ci il təvəllüdlü Fərhadov Vidadi Aydın oğlu əslən şuşalı imiş.
BAKU.WS xəbər verir ki, kadrları “Caliber” Telegram kanalı yayıb.
Bildirilib ki, V.Fərhadov burada mühəndis işləyirmiş. O, doğulduğu Şuşada dəfn olunacaq.
Qeyd edək ki, sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində cinayətkar birlik halında qanunsuz yaradılmış Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Şuşa şəhərinə iri çaplı silahlardan, o cümlədən minaatanlardan atəşə tutularaq törədilən terror hücumu nəticəsində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidməti mühəndisi, 1967-ci il təvəllüdlü Fərhadov Vidadi Aydın oğlu aldığı qəlpə yarası xəsarətindən ölüb.
Vəfat edən şəxsin nəvəsi ilə fotosunu təqdim edirik: