SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Laçın rayonunun Mollalar kəndində ağır yol nəqliyyat hadisəsi nəticəsində həlak olmuş Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu “Azərenerji” ASC-nin əməkdaşları deyil.

Bu barədə BAKU.WS-ə qurumdan bildirilib.

Məlumata görə, onlar ərazidə podrat işləri həyata keçirən Elektrikquraşdırma Müəssisəsinin əməkdaşlarıdır.

***09:56

Sentyabrın 19-da saat 09 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətinin regional qrupundan BAKU.WS-ə bildirilib ki, “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində Azərenerji-nin əməkdaşları – Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər.

Araşdırma aparılır.

BAKU.WS