20 yaşlı qadın əri tərəfindən vəhşicəsinə döyüldü
Yeniliklərdən dərhal xəbərdar olun
Şəmkirdə 20 yaşlı qadın əri tərəfindən vəhşicəsinə döyülüb.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Könüllü kəndində qeydə alınıb.
2000-ci il təvəllüdlü Əliyeva Suğra ailəsi ilə yaşadığı evdə əri tərəfindən döyülüb.
O, üz və bədəninin müxtəlif nahiyələrindən ağır xəsarətlər alıb.
Qadın ilk olaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına, oradan Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Ona lazımı tibbi yardım göstərilib. Vəziyyəti orta-ağırdır. Qadın və yaxınları faktla bağlı artıq polisə məlumat veriblər.
Faktla bağlı araşdırma başlanılıb.
Oxşar xəbərlər
Bakirə “çıxmayan” gəlinə qarşı ər və qayınanadan ŞOK HƏRƏKƏT — Şəkidə DƏHŞƏTLİ HADİSƏ
Yeni ailə quran gənc qıza qarşı dəhşətli işgəncə verməkdə ittiham olunan Şəki şəhər sakinləri — 1990-cı il təvəllüdlü Vazeh Musayev və onun anası, 1960-cı il tə...