20 gün əvvəl qızılcaya yoluxan uşaq xəstəxanada öldü
20
fev
2024
08:35
Gəncədə doqquz yaşlı qız xəstəxanada ölüb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Gədəbəy rayon sakini, 2014-cü il təvəllüdlü Ruqəyya Həsənova xəstəxanaya ağır vəziyyətdə gətirilib.
Həkimlərin səylərinə baxmayaraq, 9 yaşlı qız xəstəxanada ölüb.
Bildirilir ki, R.Həsənova 20 gün bundan əvvəl qızılcaya yoluxub.
İlkin məlumata görə, azyaşlı ağciyərlərinə su yığılmasından ölüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Qızılcaya yoluxma ilə bağlı xəbərdarlıq: Təhlükəli vəziyyət gözlənilir?
İki gün əvvəl elm və təhsil naziri Emin Əmrullayev şagirdlər arasında qızılcaya təşvişə düşəcək sayda yoluxma olarsa, məktəblərin qapanmaya gedə biləcəyi ilə ba...