Nişanlı qızın intiharı ilə bağlı YENİ FAKTLAR – 3 gün sonra toyu olacaqdı

Nişanlı qızın intiharı ilə bağlı YENİ FAKTLAR – 3 gün sonra toyu olacaqdı
Hadisə 3893

Şəki rayonunda intihar hadisəsi baş verib.

Hadisə Şəki rayonunun Aşağı Göynük kənd inzibati ərazisindəki Abbaslı yaşayış massivində qeydə alınıb.

Kənd sakini, 1997-ci il təvəllüdlü Satirə Ramiz qızı Mirzəyevanın meyiti yaşadığı evdə asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

Şəki rayonunda baş verən intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

BAKU.WS “publika.az”a istinadən xəbər verir ki, rayonun Aşağı Göynük kəndində yaşayan və müəmmalı səbəbdən intihar edən 1997-ci il təvəllüdlü Mirzəyeva Sitarə Ramiz qızı nişanlı olub.

Bildirilir ki, 21 yaşlı Sitarənin atası aşpaz, anası isə orta məktəb müəllimidir. Dünən anası işdən gələndə qızının evdə asılı vəziyyətdə qalmış meyitini tapıb. Onun üzərindən hər hansı məktub tapılmayıb. Hadisə yerinə gələn istintaqçılar gənc qızın telefonunu araşdırma üçün götürüb.

Kənd sakinlərinin bildirdiyinə görə, intihar edən 21 yaşlı Sitarənin bu ayın 6-da toyu olacaqmış. Artıq toy üçün dəvətnamələr də paylanılıbmış.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Qusarda 58 yaşlı kişi intihar edib

Qusarda 58 yaşlı kişi intihar edib

Qusar rayonu ərazisində intihar faktı qeydə alınıb. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında rayonun Həzrə kəndində b...

995 Hadisə 21:23 06 iyun 2018

Son xəbərlər