VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bu gün Şamaxıda da dövlət avtomobil nəqliyyatı xidməti reyd təşkil edib.

BAKU.WS ARB Şəki-yə istinadən xəbər verir ki, qanunsuz şəkildə sərnişindaşıma ilə məşğul olan sürücülər cəzalandırılıb.

Reyddə 50 sürücü haqqında qanuni tədbir görülüb. Bəzi avtomobillər dayanacağa aparılıb, bəziləri yerindəcə cərimələnib.

Bəzi sürücülər reydi işıqlandıran çəkiliş qrupuna hücum çəkib.

Sürücü: "Heç kim ödəmir, mən də ödəmirəm. Çəkilişi də saxlayın".

Qanunsuz şəkildə avtomobil idarə edənlər çəkilişə mane olmağa çalışıblar. Reyd zamanı "Saxla!" əmrinə riayət etməyənlər də olub.

Bu cür reydlər mütəmadi olaraq davam etdiriləcək.
 
BAKU.WS