SİZİN REKLAM BURADA!
055 213 76 73


Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində yolda texniki nasaz avtomobil qalıb.

Bu barədə BAKU.WS-ə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən də metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaşanır.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən ərazidə xidmət aparan yol polisi əməkdaşlarına məlumat verilib və sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.

BAKU.WS