VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hazırda qeyd olunan küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir".

Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumata görə, sıxlıq olan yollarda müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkəti çətinləşib. Təkcə Heydər Əliyev prospektində (kənar yol şəhər mərkəzi istiqamətində) “Koroğlu” NMM-dən-28 May”-“İçərişəhər” və əks istiqamətdə hərəkət edən 30-dan artıq avtobus sıxlıqda qalıb.

Sıxlıq olan küçə və prospektlər aşağıdakılardır:

1. Tbilisi prospekti –20 yanvar dairəsi və şəhər istiqamətində sıxlıq
2. Koroğlu Rəhimov küçəsi -Heydər Əliyev prospekti və Ak.Həsən Əliyev küçəsi istiqamətində sıxlıq
3. Ziya Bünyadov prospekti – Poladəritmə zavodunun yanından (Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən) 20 yanvar dairəsi istiqamətində sıxlıq
4. Rövşən Cəfərov küçəsi –20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində sıxlıq
5. Abbasqulu ağa Bakıxanov küçəsi –Türkiyə səfirliyi istiqamətində sıxlıq
6. Yusif Səfərov küçəsi –Heydər Əliyev prospekti istiqamətində sıxlıq
7. Rəşid Behbudov küçəsi –Mərkəzi Bankın qarşısına qədər nisbətən sıxlıq
8. 28 may küçəsi –Rəşid Behbudov küçəsi ilə kəsişməyədək nisbətən sıxlıq
9. Üzeyir Hacıbəyov küçəsi –Cavanşir körpüsünün üstü sıxlıq
10. Afiyəddin Cəlilov küçəsi sıxlıq
11. Mikayıl Useynov prospekti –Azneft dairəsi istiqamətində sıxlıq
12. Neftçilər prospekti –Kukla teatrının qarşısı (Niyazi küçəsindən gələn nəqliyyat vasitələri) nisbətən sıxlıq
13. Məhəmməd Hadi küçəsi –Əhmədli metrosunun qarşısı –Babək prospekti istiqamətində sıxlıq
14. Mustafa Kamal Atatürk prospekti –Ziya Bünaydov prospekti istiqamətində sıxlıq
15. Babək prospekti –Heydər Əliyev prospektinə giriş sıxlıq
16. Abdulvahab Salamzadə küçəsi –Qələbə dairəsi və Ziya Bünyadov prospekti istiqamətində nisbətən sıxlıq

BAKU.WS
QALEREYA