SİZİN REKLAM BURADA!
055 213 76 73


Kürdəmirdə baş verən ağır qəzada xəsarət alanlardan biri dünyasını dəyişib.

BAKU.WS report-a istinadən xəbər verir ki, baş verən qəza zamanı minik avtomobilində olan 61 yaşlı Əliyev Cavid Tahir oğlu və bir yaşlı Babayeva Aysun Xəyal qızı ağır bədən xəsarətləri alıblar.

Həkimlərin səyinə baxmayaraq bir yaşlı Aysun Babayeva elə xəstəxanada dünyasını dəyişib. Onun meyidi aidiyyəti üzrə təhvil verilib.

Avtomobildə digər xəsarət alan 3- cü sərnişin isə Ucar rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

***19:33

Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili Bakı istiqamətində hərəkətdə olarkən qarşısındakı eyni markalı yük maşınına çırpılıb. Nəticədə minik maşınında olan 2 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
QALEREYA