SİZİN REKLAM BURADA!
055 213 76 73


Hacıqabul sakini iş yerində günvurmadan ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Meyniman kəndində qeydə alınıb.

Fermalardan birində işləyən Hacıqabul rayonunun Talış kənd sakini günvurmadan elə iş yerində ölüb.

Meyit Şirvan morqunda müayinə edilib.

Qeyd edək ki, bu gün Hacıqabulda daha bir günvurma hadisəsi olub.

Şəhər sakini yaşadığı evin həyətində günvurmadan ölüb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS