Azərbaycanda bəy qız toyunda nişanlısının keçmiş sevgilisini bıçaqladı - VİDEO

Azərbaycanda bəy qız toyunda nişanlısının keçmiş sevgilisini bıçaqladı - VİDEO
Video
Hadisə 2527

Qax rayonunda bəy qız toyunda nişanlısının keçmiş sevgilisini bıçaqlayıb.

BAKU.WS xəbər verir ki, hadisə toyun keçirildiyi şadlıq evinin yaxınlığında qeydə alınıb.

Qax rayon sakini 25 yaşlı Yamən Şıxəmirli Gədəbəy rayon sakini 21 yaşlı Ariz Əhmədov tərəfindən bıçaqlanıb.

Bıçaqlanan Yamən Şıxəmirlinin əmisi Baku TV-yə bildirib ki, hansısa yazıya görə bəy onun qardaşı oğlunu bıçaqlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Yamən Şıxəmirliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Ariz Əhmədov polis tərəfindən saxlanılıb.

Son xəbərlər