Magistral su kəmərində baş verən qəza ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB

Magistral su kəmərində baş verən qəza ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB
Video
Hadisə 579

Bakı-Ələt yolunun Qaradağ rayonundan keçən hissəsində magistral su kəmərində baş verən qəza aradan qaldırılıb, abonentlərin su təchizatında heç bir problem yoxdur.

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq, “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

***09:27

Bakıda magistral su kəmərində qəza baş verib.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, Bakı-Ələt yolunun Qaradağ rayonundan keçən hissəsində baş verən qəza zamanı kəmərdən axan su ətrafa yayılıb. Eyni zamanda magistral yolda hərəkət edən avtomobillərin hərəkətinə ciddi maneələr yaranıb.

Hadisə ilə əlaqədar “Azərsu” ASC-yə müraciət etdik.

Qurumun Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, hadisədən xəbərdardırlar:

"Magistral su xəttində axıntıdır. Əraziyə qəza briqadası cəlb olunub".

Sözügedən görüntüləri təqdim edirik:

Son xəbərlər