18 yaşlı sürücü qəza törətdi: Ölən və yaralananlar var

22
iyl
2023
12:22
Şamaxıda 18 yaşlı sürücünün ölümü ilə nəticələnən ağır qəza olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə bildirilib ki, Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunda hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü, 2005-ci il təvəllüdlü Sabirabad rayon sakini Fərhad Quliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarına aşıb.
Xəsarət alab F.Quliyev və avtomobildə olan üç sərnişin Sabirabad rayon mərkəzi xəstəxanasına çatdırılsa da, göstərilən tibbi müdaxilələrə baxmayaraq sürücü orada vəfat edib.
Faktla bağlı cinayət işi başlanılıb.
