SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhəri, Suraxanı rayonu, Zığ şosesi yaxınlığında ümumi sahəsi 2370 m² olan avtomobil təmiri mərkəzində sahəsi 168 m² olan anbarın yanar konstruksiyaları və içərisində təsərrüfat malları qismən yanıb.

Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən bildirilib. Çevik müdaxilə, cəlb edilən qüvvələrin əlaqəli və effektiv idarə edilməsi sayəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın qısa müddətdə söndürülüb.

Tikilinin böyük hissəsi yanğından mühafizə olunub.

Qeyd edək ki, oxu.az-ın məlumatına görə, hadisə “BakuBus” MMC-nin anbarında qeydə alınıb.

BAKU.WS
VİDEO