SİZİN REKLAM BURADA!
055 213 76 73


Köhnə Günəşlidən Sabunçu qəsəbəsindəki dəmiryol stansiyasına gedən 40 saylı marşrut avtobusunun sərnişinləri narazıdırlar.

Bu barədə şikayət BAKU.WS-ə daxil olub. 

İddialara görə, avtobusun intervalının 6 dəqiqə olmasına baxmayaraq, 20 dəqiqədən bir gəlməsi və kondisionerin işləməməsi sərnişinlərin qəzəbinə səbəb olub. 

Sözügedən halla bağlı "Çinar-Trans" MMC-nin direktoru İsmayıl Hüseynov ilə əlaqə saxladıq. 

Sədr bildirdi ki, hazırda sözügedən xətt üzrə 15 avtobus işləyir. İnterval da 8 dəqiqədir. Hər bir avtobusun kondisioneri də işlək vəziyyətdədir:

"Gün boyu ola bilər ki, hansısa avtobusun kondisionerində problem yaranıb. Nəzərə alaq ki, avtobuslar səhərdən axşama qədər işləyir. Hansı maşında texniki nasazlıq yaranırsa, həmin gün həll edilir. İntervala gəldikdə isə bəzən Moskva prospektində sıxlıq olduqda yolu bağlayırlar və nəticədə avtobusların hərəkətində gecikmələr yaranır. Bu da bizdən asılı olan səbəb deyil".

Banu Hüseynli
BAKU.WS
QALEREYA