SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

İctimai nəqliyyatda işləyən sürücülər digərləri ilə müqayisədə daha diqqətli və məsuliyyətli olmalıdırlar. Ona görə ki, onlar hər gün yüzlərlə sərnişin daşıyırlar. Amma indi təqdim edəcəyimiz dırnaqarası sürücü, görünür nə öz, nə dəki, 20-ə yaxın sərnişinin həyatını düşünmür. Bir əli ilə mobil telefonu tutub danışır, digər əlini isə sükandan çəkib sürəti dəyişir.
 
BAKU.WS xəbər verir ki, görüntünü elə həmin vaxt avtobusda olan sərnişinlərdən biri çəkib və ''Xəzər Xəbər''in Votsapp nömrəsinə göndərib. Bu gün əməkdaşımız həmin sürücü ilə bağlı məsələni, xəttin sahibkarı və Bakı Şəhər Dövlət Yol Polis İdarəsi ilə araşdırıb.

Mobil telefonla danışan sürücü bir əli ilə də sürət qutusunu nizamlayır.

Görüntü Bakının Yasamal rayonunda 39 saylı xəttdə hərəkət edən avtobusdakı sərnişinlərdən biri tərəfindən çəkilib. Xeyli müddət telefonla danışa-danışa avtobusu idarə edən sürücü dayanacaqlarda düşən sərnişinlərdən gediş haqqını da alır, pulun qalığını qaytarır.

Sürücü geyim qaydalarını da kobud pozub. Sahibkar tərəfindən ona verilən yay uniformasını şəxsi köynəyinin üstündən geyinərək yaxasını da açıq saxlayıb.

Sərnişin qadının sözlərinə görə sürücü telefonla danışa-danışa 5-6 dayanacaq qət edib. Baxmayaraq ki, avtobusda 20-ə yaxın sərnişib olub.

Xəttin sahibi Xaliq Rəhimov məsələdən xəbərdar olduğunu həmin sürücü ilə bağlı tez-tez şikayətlər daxil olduğundan işdən çıxarıldığını dedi.

Sahibkar xəttə çıxan sürücülərə hər gün mobil telefonla danışmamağı, dayanacaqdan kənar sərnişin düşürməməyi tapşırdıqlarını deyir.

Görüntünü izləyən Bakı Şəhər Dövlət Yol Poli İdarəsinin bölmə rəisi Vaqif Əsədov da sürücünün kobud qayda pozduğunu deyir. O, həmin görüntü əsasında araşdırma aparılıb həmin sürücünün cərimələnəcəyini bildirdi.

Həmin sürücü mobil telefonu əldə tutmaqla ondan istifadə etmək, hərəkət zamanı əlini sükandan çəkmək və sükan arxasında diqqəti yayındıran söhbətlərə qoşulduğuna görə cərimələnəcək. Bunlardan isə ən yüksəyi, yəni telefonla danışmaya görə 50 manat cərimə ediləcək.
 
İlyas Quliyev
BAKU.WS