SİZİN REKLAM BURADA!
055 213 76 73


Abşeron Rayon Prokurorluğunda Xırdalanda qadının atraksiondan yıxılaraq ölməsi faktı araşdırılır.

Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 8-i rayonun Xırdalan şəhərində yerləşən parklardan birində 1987-ci il təvəllüdlü Minayə Nuriyevanın atraksiondan yıxılması nəticəsində aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Xırdalan şəhərində parklardan birində qadın atraksiondan yıxılıb. 

BAKU.WS-ə daxil olan məlumata görə, nəticədə qadın dünyasını dəyişib.

Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. 

Qurumun mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev sorğumuza cavab olaraq bildirdi ki, qadın attraksiondan yıxılaraq xəsarət alıb, daha sonra yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Hazırda faktla bağlı prokurorluqda araşdırma aparılır.

Həyatını itirən qadınla bağlı isə TƏBİB-ə sorğu ünvanladıq.

Birliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, həkim tərəfindən müayinə olunan pasiyentə kəllə-beyin travması, alt çənə sümüyünün açıq sınığı, sağ bazu sümüyünün açıq yerdəyişmiş sınığı, qarnın küt travması, daxili qanaxma və travmatik şok diaqnozu qoyulub:

"Pasiyent əməliyyat olunub və Reanimasiya şöbəsinə köçürülüb.

Aparılmış kompleks tibbi müdaxilələrə baxmayaq, 09.06.2023-cü il tarixində saat 07:40-da pasiyentin bioloji ölümü baş verib. Meyit təşrih olunması üçün Patoloji Anatomik Ekspertiza Mərkəzinə verilib.

Hazırda araşdırma gedir".

Banu Hüseynli
BAKU.WS