19 yaşlı qız varlı kişiləri tovlayıb soyurmuş (VİDEO)
Nyu Yorkda yaşayan 19 yaşlı qız özündən yaşlı kişiləri tovlayaraq qarət edirmiş. BAKU.WS-in məlumatına görə, o hər dəfə gözəlliyindən və seksual görünüşündən istifadə edərək kişiləri başdan çıxarmağı bacarıb. Aleksandra Martinez adlı qızın hədəfi əsasən varlı kişilər olub. Hər gecə bəzənən Aleksandra elit barların birinə gedirmiş. Orada zəngin yaşlı kişi taparaq onunla tanış olub, özünü sevdirməyi bacarır. Daha sonra seks xidməti təklif edib. Razılaşma əsasında ya evə, yaxud da otelə gedirmiş. Adəti üzrə orada yaşlı kişinin içkisinə dərman töküb onu yatırdırmış. Daha sonra kişinin bahalı əşyalarını və pulunu götürüb qaçırmış.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı kişi rus arvadını qaçırdı
Rusiyada azərbaycanlı kişi rus arvadını oğurlayıb. BAKU.WS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, hadisə ötən gün səhər saatlarında Sankt-Peter...