SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dünən, 4 noyabr 2016-cı il tarixində təxminən saat 23 radələrində Xəzər dənizində baş vermiş zəlzələ nəticəsində özüldə silkələnmə müşahidə edilib. 
 
SOCAR-dan BAKU.WS-ə verilən məlumata görə, döşəmədəki dəmir lövhələrin bir neçəsində qaynaqdan qopmalar olub. İşçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onların bir hissəsi təxliyyə olunub. Hadisə yerində ekspertlər tərəfindən texniki müayinə aparılmış, özüldə heç bir konstruktiv dəyişiklik müəyyən olunmamışdır.
 
Hazırda "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə təmir və istehsalat prosesləri ümumi rejimdə davam etdirilir.
 
Azər Məmmədov
BAKU.WS