VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaqatalada 84 yaşlı qadın özünü fındıq ağacından asıb.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Danaçı kəndində baş verib.

Kənd sakini, 1939-cu il təvəllüdlü Sona Yumuxovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki fındıq ağacından asılı vəziyyətdə aşkar edilib.

Bildirilib ki, S.Yumuxova əsəb xəstəliyindən əziyyət çəkirdi.

İlkin versiyaya görə o, bu səbəbdən intihar edib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

BAKU.WS