Azərbaycanda sevgililər arasında telefon davası - Qız oğlanı BIÇAQLADI

Qaxda keçmiş sevgililər arasında mübahisə olub.
BAKU.WS unikal-a istinadən xəbər verir ki, rayon sakini Təbriz Qurbanov kafedə ofisiant işləyən keçmiş sevgilisi Q.Mahmudovanın yanına gələrək onun mobil telefonunu götürüb.
Bir neçə saatdan sonra isə T.Qurbanov yenidən obyektə qayıdıb və Q.Mahmudova ilə mübahisə edərək onu döyüb. Qadın isə mübahisə zəminində oğlana bıçaqla xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, daxil olmuş məlumatlar əsasında Qax Rayon Polis Şöbəsində araşdırma aparılır. Müvafiq ekspertizalar təyin olunub və tərəflərin izahatları alınıb.
Oxşar xəbərlər
Qazaxda ərli qadının şok sərgüzəşti - Təfərrüat
Qazax rayonunda 1981-ci il təvəllüdlü Əzim şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı 1982-ci il təvəllüdlü həyat yoldaşı Fərqanəni (adlar şərti veril...
