Bakıda şagirdlər arasında bıçaqlanma

01
iyn
2023
11:35
Bakıda şagird şagirdi bıçaqlayıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Sabunçu qəsəbəsində yerləşən məktəblərdən birinin 11-ci sinfində oxuyan 2006-cı il təvəllüdlü şagird Şəhidlər parkında 2007-ci il təvəllüdlü digər şagirdi bıçaqlayıb. Hadisə dünən axşam saat 21 radələrində qeydə alınıb.
16 yaşlı oğlan Sabunçu Tibb Mərkəzinə çatdırılaraq cərrahi əməliyyat olunub. Onun dindirilməsi hələ ki, mümkün olmayıb.
Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.
Oxşar xəbərlər
Orta məktəbdə oxuyan qıza görə qanlı dava: “Şərəfsiz, gündə biriylə...” - TƏFƏRRÜAT
Tərtər rayonunda 2004-cü il təvəllüdlü Cəlil mübahisə zamanı Əzizi (adlar şərti verilib – red.) qətlə yetirib. BAKU.WS “teleqraf.com”a istinadən xəbər verir ki,...
