SİZİN REKLAM BURADA!
055 213 76 73


Zaqatalada sirkə turşusundan zəhərlənən 72 yaşlı qadın Bakıya göndərilib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, o, müalicəsinin davam etdirilməsi üçün Bakıya göndərilib.

***10:33

Zaqatalada 72 yaşlı qadın sirkə turşusundan zəhərlənib.

BAKU.WS Apa-ya istinadən xəbər verir ki, rayonun Muxax kənd sakini 72 yaşlı Zahidət Abdullayeva kəskin zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub.

Müayinə zamanı qadının sirkə turşusundan zəhərləndiyi məlum olub. Zahidət Abdullayevanın müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS