İsmayıllıda avtobusun vurduğu yeniyetmə öldü

İsmayıllıda avtobusun vurduğu yeniyetmə öldü
Hadisə 106

İsmayıllıda yeniyetməni avtobus vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə bildirilib ki, bu gün saat 18:20 radələrində İsmayıllı rayonunun Qaraqaya kəndi ərazisində Şahid İsgəndərov idarə etdiyi "İsuzu" markalı avtobusla yolu keçən piyada, 2010-cu il təvəllüdlü Qobustan rayon sakini A.Cəfərovu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər