Azərbaycanda məktəb direktoru faciəli şəkildə öldü
Lənkəranda avtomobil turist avtobusuna çırpılıb. Qəzada xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən yaralı vəfat edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, mərhum Ramiz Məmmədov Liman şəhər 2 saylı tam orta məktəbin direktoru olub.
Qəzada xəsarət alan iki yaralı isə Lənkəran Dövlət Universitetinin müəllimləridir. Onların müalicəsi davam etdirilir.
Qeyd edək ki, hadisə rayonunun Xanbulan yolu adlandırılan Hirkan - Daşdatük - Biləsər yolunda baş verib.
Belə ki, Ramiz Məmmədovun idarə etdiyi "Nissan Tida" markalı minik avtomobili turistlərin olduğu avtobusla toqquşub.
Nəticədə "Nissan Tida"nın sürücüsü R.Məmmədov və avtomobildə olan sərnişinlər Tahir Zülfüqarov və Şakir Həbibov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Turist avtobusunda olanlardan xəsarət alan olmayıb. Yaralılar Təcili Tibbi Yardımın köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyəti ağır olduğundan sürücü R.Məmmədov reanimasiya şöbəsinə yerləşdirilib.
Ramiz Məmmədov Lənkəran rayonunun Liman şəhər 2 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışıb. Şakir Həbibov rayonda tanınmış riyaziyyat müəllimi, Tahir Zülfüqarov isə uzun illər Lənkəran Şəhər İcra Hakimiyyətində məsul vəzifələrdə çalışıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda torpaq sürüşməsi - 7 kəndi birləşdirən yolun bir hissəsi çökdü - FOTO
Lənkəranda torpaq sürüşməsi olub. BAKU.WS report-a istinadən xəbər verir ki, son günlər yağan güclü yağışlar torpaq sürüşməsinə səbəb olub. Dağlıq ərazidə yerlə...