SİZİN REKLAM BURADA!
055 213 76 73


Masallıda ölümlə nəticələnən yol qəzası olub.

“Report”un cənub bürosunun məlumatına görə, hadisə Masallı-Digah-Təzə Alvadı avtomobil yolunun Banbaşı kəndindən keçən hissəsində baş verib.

Belə ki, Masallı rayon sakini Namiq Eynullayevin idarə etdiyi “VAZ 217030” markalı avtomobil Miri Ağayevin idarə etdiyi “VAZ 21043” markalı avtomobillə toqquşub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, qəza nəticəsində “VAZ 21043” markalı avtomobil yolun kənarındakı su kanalına aşıb və sürücü M.Ağayev hadisə yerində ölüb. Həmin nəqliyyat vasitəsində olan sərnişin İ.Seyfullayev və “VAZ 217030” markalı avtomobilin sürücüsü N.Eynullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

BAKU.WS