SİZİN REKLAM BURADA!
055 213 76 73


Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Qəbələ Rayon Mərkəzi Xəstəxanasına 20 nəfər yerləşdirilib.

Bu barədə BAKU.WS-ə TƏBİB-dən bildirilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan 9 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda tibb müəssisəsinin Reanimasiya şöbəsində vəziyyəti ağır olan 3 nəfərin, Təcili tibbi yardım şöbəsində isə vəziyyətləri stabil olan 8 nəfərin müalicələri davam etdirilir.

***15:03

Daxili İşlər Nazirliyi Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyin Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə bildirilib ki, mayın 26-da saat 12 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində “Ford” markalı mikroavtobusla “Mitsubishi” markalı minik avtomobili toqquşub.

İlkin məlumata görə, ümumilikdə 16 nəfərə yaxın şəxs ilkin tibbi yardım üçün müraciət edib. Onlardan üçü stasionar müalicəyə qəbul edilib və hazırda müalicələri reanimasiya şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

***13:5

Qəbələdə Şəki-Bakı marşrutu ilə hərəkət edən mikroavtobusun minik maşını ilə toqquşması nəticəsində 10 nəfər xəsarət alıb.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, xəsarət alanlar Qəbələ rayon xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir. Qəza baş verən yolda tikinti işlərinin aparıldığı bildirilir.

***12:52

Qəbələdə ağır yol-nəqliyyat hadisəsi baş verib. 

BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, qəza Nohurqışlaq kəndi ərazisindən keçən yolda qeydə alınıb.

Hadisə nəticəsində ölən və yaralananların olub-olmaması barədə məlumat yoxdur.

Sözügedən görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO